Gənclər üçün inkubasiya proqramına qeydiyyat elan olunub. Bu haqda 1 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
ASAN xidmətin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Gələcək üçün bacarıqlar” layihəsinin “Tusi(2C)” İnkubasiya proqramı keçiriləcək. Proyekt 6 ay davam edəcək. Proqrama aşağıdakılar daxildir:
- Bir sıra təlimlər;
- Xarici və yerli ekspertlərlə görüşlər;
- Layihələrin işlənilməsi;
- Sahələr üzrə səfərlər;
- Müxtəlif “camp”lar;
- “Pitch Day”;
Sonda 3 qalibin layihəsinə maliyyə dəstəyi olunacaq. Bütün universitet tələbələri və məzunları proqramda iştirak edə bilərlər. Proyekt onlayn şəkildə keçiriləcək.
İştirak üçün qeydiyyatdan keçmək tələb olunur. Son müraciət tarixi 15 dekabrdır.