10.3 C
Gence
10.3 C
Gence

“Tullantısız Dünya” layihəsi baş tutacaq

Gəncədə plastik tullantılarla bağlı layihə keçiriləcək. Bu haqda 10 noyabr tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.

“Tullantısız Dünya” proqramı “Coca-Cola” Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və icra hakimiyyətinin əməkdaşlığı ilə baş tutacaq. Məqsəd plastik tullantıların toplanaraq təkrar emala yönləndirilməsi və bu istiqamətdə əhalinin məlumatlılığının artırılmasıdır.

Layihə Gəncə ilə yanaşı, Şamaxı, Sumqayıt, Mingəçevir, Qəbələ və Qubada da təşkil olunacaq.

Ən Çox Oxunan