16.4 C
Gence
16.4 C
Gence

Torpaqşünaslıq və aqrokimya, Aqronomluq fakültələrinin müəllimləri bir araya gəlib

Gəncədə professor-müəllim heyətləri ilə görüş baş tutub. Bu haqda 22 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Tədbirdə Torpaqşünaslıq və aqrokimya, Aqronomluq fakültələrinin müəllimləri iştirak ediblər. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov belə görüşlərin hissə-hissə bütün fakültələrdə keçirildiyini bildirib. Məqsədin qarşıda duran perspektivlər, təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan sessiyasının təşkili və qarşıda duran digər məsələlərin müzakirəsi olduğu qeyd olunub.

Sonra fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.

 

Ən Çox Oxunan