18.6 C
Gence
18.6 C
Gence

Tibb Kollecində YAP üzvlük vəsiqələri təqdim olunub

Gəncədə partiya üzvlərinə vəsiqələr verilib. Bu haqda 11 aprel tarixində YAP Gəncə şəhər təşkilatına istinadən məlumat veririk.

Tibb Kollecində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş tələbələrlə görüş keçirilib. Tədbirə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Tibb Kollecinin direktoru Mehman Rzayev, kollecin müəllim və tələbə kollektivi qatılıblar.

Burada YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov və Tibb Kollecinin direktoru Mehman Rzayev çıxış ediblər. Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan tələbələrə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim olunub.

Ən Çox Oxunan