16.9 C
Gence
16.9 C
Gence

Tibb Kollecində “Sən elə bir zirvəsən” adlı konfrans baş tutub

Gəncədə növbəti konfrans keçirilib. Bu haqda 9 may tarixində Səhiyyə Nazirliyinə istinadən məlumat veririk.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans Gəncə Tibb Kollecində təşkil olunub. Çıxış edənlər ulu öndərin müstəqil Azərbaycanın müasir modelinin qurulmasında, ölkəmizin iqtisadi inkişafında, dünya dövlətləri arasında öz nüfuzuna malik olmasında ümummilli liderin böyük rolundan danışıblar.

Konfransda kollecin tələbələrinin hazırladığı şeirlər, rəqslər və ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Ən Çox Oxunan