16.9 C
Gence
12.5 C
Ganja

Tibb işçilərinə təşəkkürnamələr təqdim olunub

Gəncədə səhiyyə müəssisələrinin birində tədbir keçirilib. Bu haqda 8 noyabr tarixində şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.

Zəfər günü ilə bağlı növbəti tədbir Mirzə Abbaszadə Ailə Sağlamlıq Mərkəzində (ASM) baş tutub. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ASM-in şöbə müdiri Ruhəngiz Əliyeva tibb işçilərini Zəfər bayramı münasibətilə təbrik edib. Bundan başqa, 44 günlük Vətən müharibəsində yaralı əsgərlərə qulluq edən şöbənin tibb işçilərinə təşəkkürnamələr təqdim olunub.

Ən Çox Oxunan