13.6 C
Gence
13.6 C
Gence

TGT-nin debat klubuna yeni üzv olanlarla görüş təşkil olunub

Gəncədə debat klubunun iclası keçirilib. Bu haqda 25 noyabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə debat klubuna yeni üzv olan tələbələrlə görüş baş tutub. Burada təşkilatın sədri Fuad Dadaşov çıxış edib. O bildirib ki, TGT-nin məqsədi tələbələrin intellektual inkişafını yüksəltmək və fakültələr arasında sıx əlaqələr formalaşdırmaqdır. Debatlar isə onların fəallığının artırılması üçün keçirilir.

Sonra yeni üzvlərə debatların daha yaxşı şəkildə təşkilinə dair məsləhətlər verilib, onların praktik olaraq daha yaxşı anlaması üçün oyunlar keçirilib.

Ən Çox Oxunan