20.8 C
Gence
14.5 C
Ganja

“TEKNOFEST Azərbaycan” festivalında fərqlənən tələbələrlə görüş baş tutub

“TEKNOFEST Azərbaycan” festivalının iştirakçıları ilə görüş keçirilib. Bu haqda məlumatı iyunun 3-ü Azərtac-a istinadən veririk.

Azərbaycan Texnologiya Universitetində “TEKNOFEST Azərbaycan” festivalının Robotexnika müsabiqəsində iştirak edən tələbələrdən ibarət “Rosol” komandası ilə görüş baş tutub. Universitetin rektoru, professor Akif Süleymanov tələbələri uğurları münasibətilə təbrik edib.

Layihə üzərində davamlı işləyərək “Rosol” (Robot solider) startapını daha da təkmilləşdirməyi tövsiyə edən rektor bildirib ki, tələbələrin innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırdır.

Görüş zamanı rektora universitetə və fakültəyə verilən “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı sertifikatlar təqdim olunub. Eləcə də Anadolu Agentliyinin professoru Akif Süleymanova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimatı ilə hazırlanan “Karabağ Zaferi” kitabı hədiyyə edilib.

Qeyd edək ki, “Rosol” komandası “TEKNOFEST Azərbaycan” festivalının Robotexnika müsabiqəsinin final mərhələsində iştirak edərək universitetə 6 sertifikat gətirib.

Azərtac-dan foto
Azərtac-dan foto
Azərtac-dan foto
Azərtac-dan foto