Gəncədə dəyirmi masa keçirilib. Bu haqda 9 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
8 Noyabr – Zəfər Günü ilə bağlı “Tariximizin Zəfər Salnaməsi” adlı dəyirmi masa baş tutub. Burada Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən danışılıb. Bildirilib ki, 44 günlük müharibə elə bir şanlı tarixdir ki, hər zaman qürurla vərəqlənəcək, daim fərəhlə qeyd olunacaq.
Tədbirdə Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid valideynləri iştirak ediblər.