24.8 C
Gence
24.8 C
Gence

İtaliyalı Emanuel Pietrobon Gəncə terroru haqqında məqalə yazıb

İtaliyanın nüfuzlu qəzetinin müxbiri Emanuel Pietrobonun Azərbaycana səfəri ilə bağlı həmin qəzetdə silsilə yazıları dərc olunmağa başlayıb. Bu haqda Gencexeber.az AZƏRTAC-a istinadən xəbər verir.

“İl Giornale/Inside Over” qəzetinin müxbiri ilk yazısını 44 günlük Vətən müharibəsi zamanı terrora məruz qalmış Gəncəyə həsr edib. Məqaləni “Gəncə qırğını, unutmaq olmaz” başlığı ilə yazıb.

“Gəncə hərbi əməliyyatların əhatə olunduğu və Qafqazın açıq damarı olan qanlı Qarabağ torpaqlarında yerləşmir, ancaq bu fakt Gəncəni ötən il Azərbaycan və Ermənistanın apardığı 44 günlük müharibə zamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəfə alındı və hələ də həmin günlərin travmasını özündə daşıyır”, – deyə Pietrobon məqaləsində yazır.

Jurnalist məqaləsini belə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. “Scud”ların zərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir və gələcəkdə də onları xatırlamaq, anmaq üçün orada qalacaqlar”.

Məqalə ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://it.insideover.com/guerra/ganja-per-non-dimenticare.html

Ən Çox Oxunan