Gəncədə sahibkarlıqla bağlı təlimlər keçirilib. Bu haqda 19 aprel tarixində Gəncə KOBİM-ə istinadən məlumat veririk.
“Öz biznesinə başla”, “Biznes-planın tərtib edilməsi”, “Biznesin qurulması və layihələndirilməsi” mövzularında maarifləndirici təlimlər Tərtər rayonunun Talış kənd sakinləri üçün təşkil olunub. Burada onlara KOBİM-in eksperti tərəfindən biznesin inkişafında marketinq, biznesin hüquqi təşkilatlanması, bazarın öyrənilməsi və biznes ideyasının reallaşmasındakı əhəmiyyəti barədə məlumat verilib. Həmçinin biznes ideyasının yaranması, biznes-planın xülasəsi, anlayışı və ümumi strukturu, sahibkarlıq subyekti haqqında qısa məlumat, təşkilati planın hazırlanması, maliyyə planı və analizi, layihə risklərinin qiymətləndirilməsi barədə danışılıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ödənişsiz təşkil olunur.