21 C
Gence
21 C
Gence

Türkiyə Riyaziyyat Olimpiadasına qeydiyyat aparılır

Gəncədə riyaziyyat olimpiadasına seçim turu keçiriləcək. Bu haqda 31 mart tarixində Beynəlxalq Olimpiada Mərkəzinə istinadən məlumat veririk.

Türkiyədə Riyaziyyat Olimpiadası təşkil olunacaq. Burada iştirakçılar üç yaş qrupu üzrə (3-4-cü siniflər, 5-8-ci siniflər və 9-11-ci siniflər) biliklərini sınayacaqlar. Türkiyə Riyaziyyat Olimpiadası şagirdlərin riyazi bacarıqlarını inkişaf etdirməyə və riyaziyyat üzrə karyera hədəflərini müəyyənləşdirməyə kömək edir.

Seçim turu Gəncə ilə yanaşı, Bakı və Lənkəranda da keçiriləcək. Bütün iştirakçılar dünyanın 40 ölkəsində tanınan beynəlxalq sertifikat və medallar ilə təltif olunacaqlar.

İştirak üçün (050) 224 51 40 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 20 apreldir.

Ən Çox Oxunan