5.8 C
Gence
5.8 C
Gence

Türkiyənin məşhur ifaçısı şəhərimizin qonağı olub

Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur Işılak Gəncəyə səfər edib. Bu haqda 5 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Türkiyəli məşhur şəhər rəhbəri Niyazi Bayramovla görüşüb. Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, icra başçısının birinci müavini Səməd Tomuyev, Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Türkiyədən gələn qonaqlar iştirak ediblər.

Gəncə şəhərinə ilk səfəri olduğunu vurğulayan müğənni, burada konsert proqramı ilə çıxış edəcəyindən məmnunluq hissi duyduğunu deyib. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Daha sonra Uğur Işılak raket zərbələrinə məruz qalmış ərazini ziyarət edib. Həlak olanların xatirəsinə hörmət əlaməti olaraq buraya gül dəstələri qoyulub.

Qonaqlar həmçinin Nizami Gəncəvi məqbərəsi və Nuru Paşa ev muzeyində də olublar.

Ən Çox Oxunan