14.1 C
Gence
14.5 C
Ganja

Türkiyənin 100 illik yubileyi münasibətilə yürüş təşkil olunub

Gəncədə yürüş keçirilib. Bu haqda 30 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Yürüş İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə baş tutub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, GDU-nun rektoru Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirə ADAU-da təhsil alan 100 azərbaycanlı və 100 türkiyəli tələbə ilə yanaşı, hazırda burada təhsil verən Türkiyənin Ege Universitetindən olan 22 nəfər müəllim də qatılıb. Yürüş Türkiyənin Gəncədəki Baş Konsulluğunun qarşısından başlayıb.

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan 250 nəfərdən ibarət yürüş iştirakçıları Atatürk prospekti ilə irəliləyiblər. Yürüş Qafqaz İslam Ordusu adı altında Gəncəyə gəlmiş Türkiyə silahlı hissələrinin buradakı ilk əməliyyatları zamanı şəhid olmuş əsgərlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılan abidənin önündə yekunlaşıb.

İştirakçılar abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra Recep Öztop mövzu ilə bağlı çıxış edib.

Ən Çox Oxunan