19.7 C
Gence
18.5 C
Ganja

Türkiyə Konsulluğunun qarşısına gələnlərin 4 gündür ardı kəsilmir

Gəncədə Türkiyənin Baş konsulluğuna ziyarətlər davam edir. Bu haqda Gencexeber.az-a 10 fevral tarixində məlumat daxil olub.

Məlumat verdiyimiz kimi, 7 fevraldan Türkiyənin şəhərdəki Baş Konsulluğunun önündə anım mərasimi keçirilir. Bura artıq 4-cü gündür durmadan insan axını davam edir.

Sakinlər əllərində güllərlə başsağlığına gəlirlər. Onlar arasında idarə, müəssisə və müxtəlif qurum əməkdaşları, məktəblilər, din xadimləri və digər vətəndaşlar yer alırlar.