13.6 C
Gence
13.5 C
Ganja

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Gəncədə daha bir tədbir keçirilib. Bu haqda 31 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi qeyd olunub. Tədbirdə Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Qafqaz Müsəlmanları İdarəsi şurasının üzvü Hacı Tahir Abbasov, Millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Yubileyin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib. Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Ən Çox Oxunan