5.8 C
Gence
5.8 C
Gence

“Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi” adlı konsert keçirilib

Gəncədə Türkiyə və Azərbaycan qardaşlığına həsr olunan konsert baş tutub. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.

“Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi” adlı konsert proqramı şəhər İH-nin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Regional Mədəniyyət İdarəsinin, MGM Group və “HAKAS” şirkətinin təşkilatçılığı ilə keçirilib. Tədbir şəhidlərimizin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Pərvanə Rüstəmova, İslam Əlizadə, Rövşən Məmmədov və digərləri bir-birindən zəngin repertuarlarla çıxış ediblər. Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının rəqs proqramı maraqla qarşılanıb. Konsertdə Gəncə Şəhər Usaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı və Filarmoniyanın solistləri tərəfindən “Nuru Paşa” və “Mehtər Marşı” ifa olunub.

Daha sonra Türkiyənin məşhur sənətçisi Uğur Işılakın çıxışı baş tutub. O, sözləri və musiqisi özünə məxsus olan “Azərbaycan Türkiyədir” türküsünü də ifa edib.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan