Gəncədə ötən ilin məzunları üçün imtahan keçirilib. Bu haqda 4 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı Gəncədə 7 binada təşkil olunub. Burada 1871 nəfər iştirak edib.
Qeyd edək ki, nəticələr Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdiriləcək.