15.3 C
Gence
15.3 C
Gence

“Təmas” Regional İnkişaf İctimai Birliyində tibbi aksiya baş tutub

Gəncədə tibbi aksiya keçirilib. Bu haqda 16 may tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.

Heydər Əliyevin yubileyinə həsr olunmuş aksiya şəhər Birləşmiş Xəstəxanası tərəfindən “Təmas” Regional İnkişaf İctimai Birliyində təşkil edilib. Burada gender əsaslı zorakılıq qurbanlarına dəstək göstərən təşkilatın 40-a yaxın üzvü tibbi müayinədən keçib. Müayinəyə kardioloq, ginekoloq, nevroloq, terapevt, oftalmoloq, pediatr, radioloq, laborator analizlərin götürülməsi üçün həkim və tibb bacıları cəlb ediliblər.

Bundan başqa, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası İB-nin üzvləri üçün ərzaq yardımı da aparıb.

Ən Çox Oxunan