25.8 C
Gence
25.8 C
Gence

Tələbə-Sağlamlıq Spartakiadası başa çatıb

Gəncədə sağlamlıq spartakiadası yekunlaşıb. Bu haqda 1 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan Tələbə-Sağlamlıq Spartakiadası Heydər Əliyevin anadan olunmasının 100 illiyinə həsr edilib. Fevral ayında başlayan spartakiadanın son yarışı təşkil olunub. Son mərhələ atletika idman növü üzrə keçirilib.

Spartakiadada universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseylərinin tələbələri mübarizə aparıblar.

Ən Çox Oxunan