Gəncədə universitetlərin birində tədbir keçirilib. Bu haqda 21 noyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ADAU-EGE universitetləri arasında ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb. Burada məqsəd THİK nədir? Fəaliyyətləri nələrdir? Komitə nəzdində fəaliyyət göstərən klublar hansılardır? və digər sualları cavablamaq olub.
Görüşdə ikili diplom proqramının direktoru Lamiyə Quliyeva və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Qasımov iştirak ediblər. Onlar gənclərə təşkilat haqqında ətraflı məlumat verərək, onları ictimai həyatda fəal olmağa səsləyiblər.