16.4 C
Gence
16.4 C
Gence

Tələbələrimiz “Sən elə bir zirvəsən” adlı müsabiqədə qalib olublar

Gəncədə oxuyan tələbələr respublika ifa müsabiqəsinin qalibi olublar. Bu haqda 27 aprel tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii yaradıcılıq evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin final mərhələsi baş tutub. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin tələbələri bu müsabiqədə iştirak ediblər. Onlar aşağıdakı nailiyyətləri əldə ediblər:

  • Kollecin tələbələrindən ibarət Kvintet (üzvləri: Hüseyn Əliyev, Humay Məmmədova, Aydan Cavadova, Səbinə Quliyeva, Qaya Nəsibzadə) – I yer;
  • Tələbə Qaya Nəsibzadə – estrada mahnıları nominasiyası üzrə I yer;
  • Tələbə Səba Abdullayeva – rəqs nominasiyası üzrə II yer;
  • Tələbə Fərid Qulamov – estrada mahnıları nominasiyası üzrə III yer;
  • Tələbə Bayram Məmmədov – Təsnif və xalq mahnıları nominasiyası üzrə III yer.

Ən Çox Oxunan