5.8 C
Gence
5.8 C
Gence

Tələbələr yaşıllaşdırma idarəsində olublar

Gəncədə tələbələr istehsalat təcrübəsində olublar. Bu haqda 27 aprel tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Tələbələr Gəncə şəhər yaşıllaşdırma idarəsində təcrübədə olublar. Burada MKTİB-in rəis müavini Elmar Əzizov, şöbə rəisi Müşviq Məmmədov, şöbə rəisi Elnur Qocayev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübə rəhbərləri Zabitə Ələkbərova, Aygün Zeynalova, Leyli Namazova və təcrübəçi tələbələr iştirak ediblər. Onlara görülən işlər, bitkilərin becərilməsi, qulluq qaydaları, ilkin mərhələdə azot, fosfor və kali kübrələrindən istifadə qaydaları və yekun mərhələdə kalsium, maqnezium və dəmirdən istifadə olunma metodları izah olunub.

Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan