Gəncədə tələbələr üçün turnir təşkil olunub. Bu haqda 1 noyabr tarixində ATU-ya istinadən xəbər veririk.
Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə turnir keçirilib. Yarışda 4 komanda iştirak edib. Azərbaycan Texnologiya Universitetinin komandası turnirin bütün mərhələlərində uğur qazanıb.
Həlledici oyunda ATU təmsilçisi Azərbaycan Dövlət Aqrar Universitetinin komandasına qalib gəlib. Oyun 4:1 hesabı ilə bitib. Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin tələbələri isə III yerə layiq görülüblər.
8 Noyabr – Zəfər Gününə həsr edilmiş yarış Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib. Burada 4 komanda mübarizə aparıb.