21.4 C
Gence
20.5 C
Ganja

Təhsil Nazirliyi müəllimlərlə görüş təşkil edəcək

Gəncədə müəllimlərlə görüş keçiriləcək. Bu haqda 11 iyul tarixində Təhsil Nazirliyinə istinadən məlumat veririk.

14-25 iyul tarixlərində baş tutacaq görüşlər nazirlik tərəfindən təşkil olunacaq. Burada sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri və digər məsələlər barədə müzakirələr aparılacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Gəncədə görüş 22 iyul tarixində keçiriləcək.

Qatılmaq istəyən ibtidai sinif müəllimləri qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 13 iyuldur.