25.8 C
Gence
25.8 C
Gence

Təhsil İdarəsi ilə əlaqə saxlamaq daha rahat olacaq

Vətəndaşlar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daha rahat müraciət edə biləcəklər. Bu haqda məlumatı quruma istinadən iyunun 30-u veririk.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində vətəndaşların qəbulu və müraciətləri ilə bağlı “Whatsapp” nömrəsi istifadəyə verilib. Onlar tətbiq üzərindən (050) 347 87 02 mobil nömrəsi ilə iş günləri saat 10:00-dan 18:00-a qədər əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbul günləri həftənin çərşənbə günü saat 15:00-dan 17:00-dəkdir.

Ən Çox Oxunan