25.8 C
Gence
25.8 C
Gence

“Təhsil avtobusu – Qayıdış” layihəsi Gəncəni də əhatə edəcək

7-14 sentyabr tarixində “Təhsil avtobusu – Qayıdış” layihəsi icra ediləcək.

Bu il layihə Bakı – Sumqayıt – Ağcabədi – Bərdə – Gəncə – Oğuz – Bakı marşrutu üzrə hərəkət edəcək. İşğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfər planlaşdırılır.

Məqsəd qeyd olunan bölgələrdə yerləşən göstəriciləri zəif və orta olan məktəblərin şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.

Qeyd edək ki, layihədə 6 bölgədən 192 şagird iştirak edəcək.

Ən Çox Oxunan