21 C
Gence
21 C
Gence

“Təbiətin bir parçası – Mən” layihəsinin birinci mərhələsi başa çatıb

Gəncədə ekologiya ilə bağlı layihənin ilk hissəsi başa çatıb. Bu haqda 31 mart tarixində ADAU-ya istinadən məlumat veririk.

Ekologiya sahəsində ixtisaslaşmaq istəyən gənclər üçün təşkil olunan “Təbiətin bir parçası – Mən” layihəsinin birinci mərhələsi yekunlaşıb. Məqsəd region gənclərinin ekoloji maarifləndirilməsi yolu ilə yaşıl təşəbbüslərinin artırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə tərəfdaşlığı ilə 5 gün ərzində təlimlər keçirilib.

Burada seçilmiş 20 gənc iştirak edib. Onlara “Ətraf mühit və ekologiya”, “Atmosferin çirklənməsinin ekoloji fəsadları”, “Torpaqların deqradasiyası və mühafizəsi”, “Biomüxtəlifliyin qorunmasının yolları” mövzuları əsasında təlimlər təşkil olunub, praktik məşğələlər baş tutub.

Ən Çox Oxunan