27.5 C
Gence
27.5 C
Gence

Sumqayıt mədəniyyət işçiləri Gəncədə şəhid ailəsinə baş çəkiblər

Sumqayıtlı bir qrup nümayəndə Gəncədə şəhid ailəsini ziyarət edib. Bu haqda 17 yanvar tarixində Sumqayıt Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Abşeron rayon Mədəniyyət Mərkəzi və Fatmayı kənd Diyarşünaslıq klubunun əməkdaşları Oruc Vəliyevin ailəsinə baş çəkiblər. Onların qayğıları ilə maraqlanılıb.

Vəliyev Oruc Ramiz oğlu 13 iyul 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib, 2012-ci ildə Bakı şəhərindəki 36 nömrəli tam orta məktəbi bitirib.O, 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb.

1 oktyabr 2020-ci il tarixində Vəliyev yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə ucalıb. Oruc 18 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan