13 C
Gence
8.5 C
Ganja

Strateji Ekoloji Qiymətləndirmə üzrə seminar keçirilib

Gəncədə maarifləndirmə tədbiri təşkil olunub. Bu haqda 2 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatların artırılması məqsədi ilə seminar keçirilib. Burada Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə milli potensialın inkişafı, Ekologiya və Təbii Sərvətlər nazirliyi  tərəfindən görülən işlər, həmçinin milli və beynəlxalq qanunvericiliyin tələbləri haqqında danışılıb.

Seminarda Espo Konvensiyası Katibliyinin və yerli beynəlxalq təşkilatların, Nazirliyin aidiyyəti qurumlarının, İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatının nümayəndələri, həmçinin beynəlxalq və milli ekspertlər iştirak ediblər. Tədbirdə şəhərimizin baş planına tətbiq edilən Strateji Ekoloji Qiymətləndirmə üzrə pilot layihə haqda da ictimai dinləmə keçirilib.

Qeyd edək ki, görüş İcra Hakimiyyətinin dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyasının və Avropa İttifaqının “Avropa İttifaqı ətraf mühit naminə” proqramının maliyyə dəstəyi ilə baş tutub.

Ən Çox Oxunan