“Şəhərin müxtəlif hissələrində quraşdırılan işıqlandırma sistemləri niyə istifadə edilmir?” sualına Gəncə Şəhər İcra Hakimiyyətindən redaksiyamıza martın 15-i cavab gəlib.
“Bildiyiniz kimi, Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə icra olunur. Layihə çərçivəsində yeni quraşdırılan bütün işıq dirəkləri test mərhələsindən keçdikdən sonra elektrik enerjisi ilə təmin olunacaqlar. Bu, Gəncə şəhərinin bütün ərazilərinə aiddir. Sakinlərdən bir az səbrli olmalarını xahiş edirik.” – deyə qurumdan bildirilib.
Qeyd edək ki, cavabda söhbət Bakı Abadlıq xidməti və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihədən gedir. Buna əsasən, 400-dən çox küçədə 8000 işıq dirəyinin quraşdırılacağı gözlənilir.