Gəncədə hüquqi aksiya təşkil ediləcək. Bu haqda 10 mart tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat veririk.
Aksiya 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Gəncədə istehlakçılar üçün aksiya 13-14 mart tarixlərində saat 11:00-dan 13:00-dək baş tutacaq.
Görüş Şah İsmayıl Xətai prospekti, 98 ünvanında (Azərbaycan Standartlaşdırma İnstitunun binası) təşkil olunacaq. Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün (055) 867 53 32 nömrəsi və ya [email protected] elektron ünvanı vasitəsilə Araz Həsənli ilə əlaqə saxlamaq lazımdır.