Gəncədə ödənişsiz hüquqi yardım aksiyası keçirilib. Bu haqda 16 mart tarixində Vəkillər Kollegiyasına istinadən məlumat veririk.
Hüquqi aksiya Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə baş tutub. İki gün boyunca istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.
Burada Dövlət Xidməti və Vəkillər Kollegiyasının nümayəndələri istehlakçıların şikayət və təkliflərini dinləyib, müvafiq hüquqi məsləhətlər verib və yazılı ərizələr tərtib ediblər. Vətəndaşlara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib.