18.6 C
Gence
18.6 C
Gence

İstedadlı uşaqlar futbol üzrə təhsil ala biləcəklər

Gəncədə uşaqlar futbol dərslərinə cəlb olunacaqlar. Bu haqda 4 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

Gənclər və İdman Nazirliyi tərəfindən futbol idman növünə marağı olan istedadlı uşaqların seçilməsi layihəsinə start verilib. Proyektin məqsədi 2011-2012-ci il təvəllüdlü istedadlı uşaqların İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində təhsil almaları və futbol idman növünə cəlb edilmələrindən ibarətdir.

Seçim mərhələsinin 14 may tarixində Gəncə Şəhər İdman Liseyində (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 694) keçirilməsi planlaşdırılıb. Bunun üçün istedadlı və futbola marağı olan uşaqların valideyn və məşqçiləri 6 may tarixinədək Gənclər və İdman Baş İdarəsinin (28 May küçəsi, 34 ünvanında, Gənclər Evinin 2-ci mərtəbəsində) İdman sektoruna müraciət etməlidirlər.

Ən Çox Oxunan