21 C
Gence
21 C
Gence

İsrafil Məmmədovun xatirəsi anılıb

Gəncədə Qələbə Günü ilə bağlı tədbir keçirilib. Bu haqda Gencexeber.az-a 10 may tarixində məlumat daxil olub.

Tədbir İsrafil Məmmədovun Ev-Muzeyində təşkil edilib. Öncə ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şəhərin Xan bağında yerləşən məzarı ziyarət olunub. Yığıncaqda Regional Mədəniyyət İdarəsinin rəisi vəsifəsini müvəqqəti icra edən Süleyman Əliyev, mədəniyyət işçiləri, muzeyin əməkdaşları, İsrafil Məmmədovun qohumları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Burada qəhrəmanın qohumları öz xatirələrini danışıblar. Respublikanın Əməkdar mədəniyyət işçisi, şair, publisist Bəxtiyar Muradov İsrafil Məmmədova həsr etdiyi şeirini təqdim edib.

Ən Çox Oxunan