Gəncədə Qələbə Günü ilə bağlı tədbir keçirilib. Bu haqda 9 may tarixində Tarix-Mədəniyyət Qoruğuna istinadən məlumat veririk.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları sovet ittifaqı qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədovun qəbirüstü abidəsini ziyarət edib, güllər düzüblər. Daha sonra qoruğun Nizami Gəncəvi Məqbərə Kompleksi filialında qələbənin 78 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirdə II Dünya müharibəsi və qələbənin qazanılmasında Azərbaycanın rolu mövzularında çıxışlar dinlənilib.