5.8 C
Gence
5.8 C
Gence

İsrafil Məmmədovun abidəsi artıq baxımsız deyil

Gəncədə İlk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının abidəsi restavrasiya olunub. Bu haqda 30 aprel tarixində sosial şəbəkələrə istinadən məlumat veririk.

Bir neçə il idi ki, İsrafil Məmmədovun şəhərdə yerləşən abidəsi baxımsız vəziyyətdə qalmışdı. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin əməkdaşları burada restavrasiya işləri aparıblar. Abidə və altındakı yazılar yenidən rənglənib.

Bundan başqa şəhər ərazisində daha bir neçə abidənin solmuş yazıları rənglənərək səliqəyə salınıb.

Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Ən Çox Oxunan