22.5 C
Gence
22.5 C
Gence

Spartakiada çərçivəsində basketbol turniri keçirilib

Gəncədə spartakiada yarışları davam edir. Bu haqda 11 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə sağlamlıq spartakiadası” aparılır. Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə növbəti yarış oğlanlar arasında basketbol idman növü üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseyləri arasında olub. Burada 70 tələbə iştirak edib.

Qeyd edək ki, spartakiada may ayınadək davam edəcək və 7 idman növü üzrə yarışlar baş tutacaq.

Ən Çox Oxunan