25.6 C
Gence
20.5 C
Ganja

Sosial aksiya zamanı ümumi tutumu 1137 litr olan plastik butulka yığılıb

Gəncədə ekoloji aksiya keçirilib. Bu haqda 4 iyul tarixində Azərtac-a istinadən məlumat veririk.

“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası Gəncə Mall-da yerləşən “Bravo” supermarketdə baş tutub. Sakinlər plastik butulkaları gətirərək ekoçantaya dəyişiblər. Ümumi tutumu 50 litrdən çox butulka təhvil verənlərə çanta ilə yanaşı Göygöl Milli Parkına bilet hədiyyə olunub.

Butulkalar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.

Qeyd edək ki, aksiyada ümumi tutumu 1137 litr olan plastik butulka yığılıb.

Azertag.az saytından foto
Azertag.az saytından foto