Gəncədə uşaqlar üçün ödənişsiz müayinə keçirilib. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.
Aksiya Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunub. Tibb mərkəzinin həkim kollektivi valideyn himayəsindən məhrum olmuş uşaqlara himayədarlıq edən SOS Uşaq kəndində səyyar müayinə təşkil edib. Balacalar Pediatr, Oftalmoloq və Ultrasəs müayinəsindən keçib.