25.5 C
Gence
17.5 C
Ganja

SOS Uşaq Kəndində bayram əhval-ruhiyyəsi yaradılıb

Gəncədə SOS Uşaq Kəndində uşaqlar üçün tədbir keçirilib. Bu haqda Gencexeber.az-a 20 dekabr tarixində məlumat daxil olub.

Tədbir Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “Peşə ayı” çərçivəsində baş tutub. Bura “Azərbaycanda Uşaqların Uşaq Evlərinə Yenidən İnteqrasiya Edilməsinin Qarşının Alınması ilə Bağlı Yanaşmaların Optimallaşdırılması adlı Tədqiqat” layihəsində iştirak edən aztəminatlı ailələrin uşaqları dəvət olunub.

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər balacalar üçün pizza və şirniyyatlar bişirərək öz bacarıqlarını nümayiş etdiriblər. Daha sonra uşaqlarla oyunlar təşkil olunub.

Tədbirin təşkilində məqsəd balacalarda bayram əhval-ruhiyyəsi yaratmaq olub.