16.9 C
Gence
16.9 C
Gence

İşsizlər üçün yarmarka təşkil olunub

Gəncədə əmək yarmarkası keçirilib. Bu haqda 23 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Burada, əsasən, qazanxana üzrə operator, fəhlə, mütəxəssis, sazlayıcı, elektrik, qablayıcı sahələri üzrə ümumilikdə 50-dən çox vakansiya təklif edilib.

Bundan başqa, əmək yarmarkasında məşğulluq idarəsi üzrə 70-ə yaxın idarə və müəssisənin 320 vakansiyası da yer alıb. Burada xidmət, özəl klinikalar, mağazalar üstünlük təşkil edib. Aylıq əmək haqqı isə 300-850 manat arasında olub. Əmək yarmarkasında müəyyən peşələr üzrə ixtisasartırma kurslarına qeydiyyat da aparılıb.

Ən Çox Oxunan