Gəncədə “Shuttle Time” proqramı çərçivəsində tədbir keçirilib. Bu haqda 28 fevral tarixində Azərbaycan Badminton Federasiyası məlumat paylaşıb.
Proqram Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub. Burada Gəncədən 80 məktəbli iştirak edib. Onlar əyləncəli vaxt keçiriblər və badmintonla yaxından tanış olublar.