13.6 C
Gence
13.6 C
Gence

Əsgərə məktub yazan şagirdin istəyi həyata keçirilib

Ordumuzun əsgəri ona məktub yazan şagirdlə görüşüb. Bu haqda məlumatı noyabrın 24-ü Kəpəz televiziyasına istinadən veririk.

Gəncənin 13 nömrəli məktəbində üçüncü sinif şagirdi olan Nuray Rzazadə ”Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçuya məktub yazıb. Hərbi xidmətdə olan əsgər Rəşid Xudatov azyaşlının məktubunu oxuduqdan sonra onun müəllifini tapmaq qərarına gəlib.

Əsgər hərbi məzuniyyət müddətində şagirdin oxuduğu məktəbə gələrək Nuray Rzazadə və kollektivlə görüşüb. Kəlbəcərdə xidmət edən Rəşid Bakının Mərdəkan qəsəbəsində anadan olub. Nümunəvi xidmətinə görə məzuniyyətə göndərilən əsgər məktəbli ilə görüşərək ona hədiyyəsini təqdim edib. Eləcə də məktəb rəhbərliyi tərəfindən əsgərə Fəxri Fərman verilib.

Ən Çox Oxunan