20.8 C
Gence
14.5 C
Ganja

Sevinc qəsəbəsində mövcud olmayan asfalt örtüyü

Gəncənin Sevinc (Məhsəti) qəsəbəsinin küçələrində yol infrastrukturunun olmaması sakinlərin narazılığına səbəb olub. Onların xahişini nəzərə alaraq Gencexeber.az 18 sentyabr tarixində qəsəbədəki vəziyyət haqqında məlumat verir.

“Əksər hallarda taksi sürücüləri bura gəlməkdən imtina edirlər. Ərazisinə görə, şəhərin ən böyük qəsəbəsi olan Məhsətinin yollarının ancaq girişində cəmi 300 metr asfalt var”  – deyə, sakin bildirib.

Əldə etdiyimiz məlumata əsasən, yağışlı havada gölməçələr yaranır. Bu səbəbdən bir çox yerdə piyada və sürücülərin hərəkəti çətinləşir.