21 C
Gence
21 C
Gence

Sevinc qəsəbəsində elektrik dirəyinin aşma təhlükəsi var

Gəncədə elektrik dirəyi qəzalı haldadır. Bu haqda Gencexeber.az-a 23 may tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Sevinc (keçmiş adı ilə Məhsəti) qəsəbəsində müşahidə olunur. 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin qarşısında elektrik xətləri daşıyan dirəyin alt hissəsi dağılıb, özü isə əyilib.

Sakinlərin sözlərinə görə, bir neçə gün öncə ərazidə avtomobil qəzası baş verib. Maşın dirəyə çarpılıb və bu mənzərə ortaya çıxıb. Onlar dirəyin aşacağından narahat olduqlarını bildiriblər.

Ən Çox Oxunan