Gəncədə gənclər üçün təlim keçiriləcək. Bu haqda 26 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“Say sistemləri” mövzusunda baş tutacaq təlim 2, 12 və 18 may tarixlərində saat 14:00-da Gənclər Evində təşkil olunacaq. Seminar kompüter kursunun rəhbəri İlahə Mehdiyeva tərəfindən aparılacaq.
İştirak ödənişsizdir. Qatılan hər kəsə sonda sertifikat veriləcək. Qeydiyyat üçün (055) 307 22 15 nömrəsi ilə əlaqə saxlamaq olar.