21 C
Gence
21 C
Gence

Savat idman növü üzrə Heydər Əliyev Kuboku baş tutub

Gəncədə idman yarışı keçirilib. Bu haqda 24 may tarixində Savat Federasiyasına istinadən məlumat veririk.

Azərbaycan Savat Federasiyası (ASF), Gənclər və İdman Baş İdarəsinin Gəncə Savat İdman Klubu və YAP Kəlbəcər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş Heydər Əliyev Kuboku sona çatıb. Tədbirdə Federasiyanın prezidenti Rafiq Əliyev, Gənclər İdarəsinin rəisi Həmid Nəsirov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə Olimpiya Komitəsinin direktoru İntiqam Hüseynov, fəxri qonaq qismində isə Gəncə və Kəlbəcər rayonuna məxsus bir çox dövlət idarə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Yarışda ölkənin bütün regionlarından qatılan 300-ə yaxın idmançı öz gücünü sınayıb. Sonda mükafat qazanan idmançılara və komandalara medal, diplom və kuboklar təqdim olunub.

Ən Çox Oxunan