15.3 C
Gence
15.3 C
Gence

“Savalan” şərablarının təşkilatçılığı ilə təlim baş tutub

Gəncədə şərablarla bağlı tədbir keçirilib. Bu haqda 3 may tarixində “Savalan” şərablarına istinadən məlumat veririk.

“Savalan Master Somelye” təlimlərinə həsr olunmuş tədbir “Savalan” şərablarının təşkilatçılığı ilə baş tutub. Təlimlərdə Azərbaycanın torpaqlarında yetişdirilən üzümlərin bağdan masaya qədər keçdiyi uzun bir yol haqqında, o cümlədən şərab dünyasının 100 illərdən bəri davam edən əfsanələri ilə ən müasir şərab istehsalı texnologiyaları, şərabın ana vətəni hesab edilən Qafqaz regionunda antik şərabçılığın tarixi və müasir şərabçılığın bugünkü vəziyyəti barədə iştirakçılara məlumat verilib.

Tədbirdə şərab servisi təlimləri keçirilib. Sonda iştirakçılara “Savalan“ şərab zavodu tərəfindən sertifikatlar, o cümlədən Master Somelye, Türkiyə Şərab Akademiyası İdarə Heyətinin sədri Murat Yalçın tərəfindən müxtəlif medallar verilib.

Ən Çox Oxunan