24.3 C
Gence
23.5 C
Ganja

Əsas imtahanda iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Gəncədə buraxılış imtahanları təşkil ediləcək. Bu haqda avqustun 31-i məlumat veririk.

9 və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçiriləcək. Proses Dövlət İmtahan Mərkəzi tərəfindən bu il buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün baş tutacaq.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də həmin gün bu imtahanı verəcəklər.

Şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.